“Muhteşem yüzyıl” üçün kökələcək

muhtesem-yuzyil-ucun-kokelecek
Oxunma sayı: 2290


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Merve Boluğur yeni mövsümdə oynayacağı Osmanlı sultanı Nurbanu Hatun roluna hazırlaşır. Hazırda 45 kilo olan Boluğur həyat hekayəsini oxuduğu Nurbanu Xatunun onun qədər arıq olmadığını öyrənib və obrazı doğru əks etdirmək üçün 8 kilo kökəlməyə qərar verib. İdman müəllimi vasitəsi ilə sağlam kökəlməyə çalışan Merve tərkibində zülal, karbohidrat və yağ olan yeməklərlə qidalanır.