“Muhteşem yüzyıl”a niyə getmədi?

muhtesem-yuzyila-niye-getmedi
Oxunma sayı: 1895


“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, Gökçe Bahadır bir çox aktrisaların oynamaq üçün can atdığı "Muhteşem yüzyıl" serialından gələn təklifi qəbul etməyib. Yeni mövsümdə aktrisaya serialda Nurbanu Sultan obrazını canlandırmaq təklif edilsə də, o, "Ən böyük xəyalımdır" dediyi Uğur Yücellə “Yadigar” serialında çəkilməyə üstünlük verib. Gökçe Bahadıra təklif edilən Nurbanu Sultan rolunu isə gənc aktrisa Merve Boluğur canlandıracaq. Gökçe Bahadır "Muhteşem yüzyıl" da “Nurbanu Sultan” rolunu qəbul etsəydi, həftəlik 12 min 500 lirə alacaqdı. 

Ancaq yeni serialında gözəl aktrisa həm Uğur Yücellə baş rolu paylaşacaq, həmdə həftədə 20 min lirə qazanacaq. Gaziantepli bir ailənin İstanbuldakı həyatından bəhs edən “Yadigar”ın baş rollarını Uğur Yücel, Gökçe Bahadır və Caner Cindoruk paylaşacaq. Serial sentyabrdan efirə veriləcək.

Könül