Mükafatlar artdı

mukafatlar-artdi
Oxunma sayı: 666

“Qafqazinfo”nun verdiyi xəbər görə, UEFA Çempionlar liqasının kubokunu qazanan komanda qrupundakı bütün oyunları qazandığı halda ona 37,4 milyon avro mükafat veriləcək. UEFA Avropa liqası çempionu isə, qrupundakı bütün matçlardan üzüağ çıxdığı təqdirdə 9,9 milyon avroya sahiblənəcək.

UEFA Çempionlar liqasının və UEFA Avropa liqasının iştirakçılarına və qalibinə veriləcək köhnə və yeni mükafat məbləğləri belədir:

UEFA Çempionlar Liqası

Çempionat liqası qruplarının iştirak mükafatı:
Köhnə mükafat: 7,2 milyon avro – Yeni mükafat: 8,6 milyon avro
Çempionlar liqası bərabərlik mükafatı:
Köhnə mükafat: 400 min avro – Yeni mükafat: 500 min avro

İkinci olan komandaya verilən mükafat:
Köhnə mükafat: 5,6 milyon avro – Yeni mükafat: 6,5 milyon avro

Çempion komandaya verilən mükafat:
Köhnə mükafat: 9 milyon avro – Yeni mükafat: 10,5 milyon avro

UEFA Avropa Liqası

Avropa liqası qruplarının iştirak mükafatı:
Köhnə mükafat: 1 milyon avro – Yeni mükafat: 1,3 milyon avro

Avropa liqası bərabərlik mükafatı:
Köhnə mükafat: 70 min avro – Yeni mükafat: 100 min avro

İkinci olan komandaya verilən mükafat:
Köhnə mükafat: 2 milyon avro – Yeni mükafat: 2,5 milyon avro

Çempion komandaya verilən mükafat:
Köhnə mükafat: 3 milyon avro – Yeni mükafat: 5 milyon avro

Qeyd edək ki, bunlarla yanaşı oyunlarda qalib gələn, eləcə də dörddə bir və yarı finala vəsiqə qazanan qruplara verilən mükafat məbləği də artırılıb.

Sevinc