Mükəmməl qolun sahibi bu gün oynaya bilməyəcək

mukemmel-qolun-sahibi-bu-gun-oynaya-bilmeyecek
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, “Neftçi” bu gün “Rəvan” la qarşılaşacaq. “Avro Liqa” nın qrup mərhələsinin son oyununda “İnter”in qapısına mükəmməl qol vuran Rəşad Sadiqov əzələsini dartdığına görə bu oyunda iştirak edə bilməyəcək. Bundan əlavə elə bir ciddi itkisi olmayan flaqman bu gün 3 xal üçün mübarizə aparacaq .

Qeyd edək ki, görüş saat 18:00 da “8-ci kilometr” stadionunda keçiriləcək.Oyunu Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov,Elvin Əsgərov idarə edəcək.

İqbal