“Münaqişənin həlli ilə bağlı nikbin yanaşmalar görürük”

“Münaqişənin həlli ilə bağlı nikbin yanaşmalar görürük”
Oxunma sayı: 540

Niderland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasına ümid edir.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Niderland Senatının keçmiş sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland dostluq qrupunun rəhbəri Rene van der Linden deyib.

O qeyd edib ki, Niderland bu münaqişənin həlli prosesində ATƏT Minsk qrupunun fəaliyyətini izləyir: “Minsk qrupu hələlik bu, həddən artıq uzanmış münaqişənin həllinə nail ola bilməyib”.

Rene van der Linden onu da bildirib ki, Niderland yaxın aylarda münaqişənin həlli üçün danışıqların bərpa olunmasını səbrsizliklə gözləyir: “Bu gün biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin yanaşmalar görürük. Ümid edirəm ki, bu, Azərbaycan və Ermənistanın Minsk qrupu ilə birgə həll yolunu tapa bilməsi üçün müsbət mühit yaratmağa imkan verəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi