“Münaqişənin həllindən sonra Qarabağa səfər edəcəm”

“Münaqişənin həllindən sonra Qarabağa səfər edəcəm”
Oxunma sayı: 1120

Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bütün münaqişə tərəflərini dinləmək yolunu təqib etməyə davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident Emmanuel Makron Fransadakı Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində çıxışı zamanı deyib. Makron çıxışında “erməni soyqırımı” məsələsinə və Dağlıq Qarabağ probleminə də toxunub. 

Prezident, həmçinin bildirib ki, Fransa kompromis tərəfdarıdır, status-kvo isə problemin həlli deyil. 

İşğal altındakı Dağlıq Qarabağa səfərə dəvət edilən Makron “Ümid edirəm ki, bir gün qayıdacam və deyəcəm ki, Qarabağ münaqişəsi həll olunub” sözlərini işlədib.  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi