Muqabe istefaya gedir - Razılıq verdi

muqabe-istefaya-gedir
Oxunma sayı: 1836

Zimbabve prezidenti Robert Muqabe istefaya getməyə razı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Muqabenin hərbçilərlə danışığında iştirak edən mənbəyə istinadən məlumat yayıb.

Ökənin aparıcı dövlət telekanalı “ZBC” prezidentin tezliklə xalqa mücaiət etməyi planlaşdırdığını təsdiqləyib. 

Hələ ki, onun istefaya getməyi ilə bağlı razılaşmasının təfərrüatları məlum deyil.

Xatırladaq ki, noyabrın 6-da Emmerson Mnanqaqva Zimbabvenin vitse-prezidenti postundan kənarlaşdırıldıqdan sonra ölkədə siyasi böhran yaranıb. 93 yaşlı prezident Robert Muqabe ev həbsinə məhkum edilib.