Muqabe istefaya getməkdən imtina etdi

muqabe-istefaya-getmekden-imtina-etdi
Oxunma sayı: 1365

Zimbabve prezidenti Robert Muqabe özünü hələ də ölkənin legitim lideri hesab edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Muqabe daha əvvəl söz versə də, hərbçilərlə istefaya getməsi ilə bağlı razılığa gəlməkdən imtina edib. 

Prezident 2018-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər postunda qalmağa təkid edir. 

Ev həbsində saxlanılan prezidentlə ölkədə nəzarəti ələ keçirən generallar qrupu arasında vasitəçi olaraq katolik keşişi Fidelis Mukonori çıxış edir. 

Qeyd edək ki, daha əvvəl Muqabe həyat yoldaşının ölkəni tərk etməsinə icazə veriləcəyi halda istefa verəcəyini açıqlamışdı.