İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın iki ölkə arasındakı nüvə razılaşmasından imtina edəcəyi təqdirdə, ABŞ-ın çox hesab verəcəyini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani, amerikalıların belə bir ağır qarşılıq ödəməyə razı olmayacaqlarını düşünür.
O deyib ki, əks halda ABŞ-ın beynəlxalq ictimaiyyət qarşısında etibarı azalar:
“Trampın hərəkətlərini proqnozlaşdırmaq çətindir. Bunu nəzərə alaraq, əgər müqaviləni pozarsa, biz də verəcəyimiz sərt cavabı indidən müəyyənləşdirmişik”, - deyə Ruhani sözlərinə əlavə edib.