“Müqavimət və dözümlülük vaxtıdır”

muqavimet-ve-dozumluluk-vaxtidir
Oxunma sayı: 913

Tehran ABŞ-la danışıqlar aparmaq niyətində deyil.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. “Danışıq yox, müqavimət və dözümlülük vaxtıdır”, - deyə Ruhani bildirib.

Onun sözlərinə görə, ABŞ səkkiz dəfə Tehranı rəsmi şəkildə danışıqlara çağırıb. H. Ruhani onu da əlavə edib ki, indiki vəziyyətdə İranla ABŞ-ın danışıq aparması “düzgün qərar” deyil.