Murad Bakıdakı toya 400 minə gəlib

murad-bakidaki-toya-400-mine-gelib
Oxunma sayı: 2258

Xəbər verdiyimiz ki, yanvarın 13-də Bakıda “Böyük Saray”da keçirilən təntənəli toy mərasimində türkiyəli müğənnilər Murat Boz və Fərhat Göçer, rusiyalı müğənni Leonid Aqutin, rus aparıcı Valdis Pelş iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştrirak müqabilində 400 min dollar ( 1milyon yarım TL) pul alıb. 

İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.