Murad Boz nişanlandı

murad-boz-nisanlandi
Oxunma sayı: 2551

Gah küsən, gah da barışan Türkiyənin məşhur cütlüyü Murad Bozla Aslı Enver nişanlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Takvim” qəzeti məlumat yayıb. 

Əvvəlcə Aslının barmağında nişan üzüyünün olması diqqət çəkib.  Daha sonra Murad instaqram səhifəsində piano ifa edən zaman çəkilən videosunu paylaşıb.  Görüntüdən məlum olub ki, Boz da nişan üzüyündən istifadə edib. 

Bundan sonra cütlüyün nişanlaması barədə iddialar öz təsdiqini tapıb.  Lakin hər iki tərəf yayılan məlumat barədə açıqlama verməyib.