Murad Boz onu Bakıya dəvət etdi - Video

murad-boz-onu-bakiya-devet-etdi
Oxunma sayı: 2748

Müğənni Murad Boz TV 8-də yayımlanan “O səs Türkiyə” musiqi müsabiqəsində maraqlı addım atıb. “Qafqazinfo” xəbər verir ki, sənətçi münsif olduğu proqramda əslən Azərbaycandan olan Funda adlı iştirakçını öz komandasına daxil etmək üçün təklif irəli sürüb. 

Murad xanımı dekabr ayında Bakı Konqres Mərkəzində baş tutacaq konsertinə dəvət edib. Müğənni sözügedən gecədə onunla duet oxumaq istədiyini bildirib. “Əgər məni seçsən, Bakıda keçiriləcək konsertimdə səninlə duet oxuyarıq”. 

Funda Murad Bozun bütün səylərinə baxmayaraq, Seda Sayanla yarışmaya davam edəcəyini bildirib.