Murad Dalkılıçın Bakı konsertindən- - Fotolar

murad-dalkilicin-baki-konsertinden-
Oxunma sayı: 1089


"Qafqazinfo"nun axşam.az-a istinadən məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə "Paradise Club"da keçirilən gecənin aparıcısı Lətafət Ələkbərova olub. Konsertdə səhnəyə ilk olaraq müğənni Aysel Əlizadə çıxıb. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən ifaçı alqışlarla qarşılanıb. 

Daha sonra Murad Dalkılıç səhnəyə çıxaraq, yeni albomunda yer alan bütün mahnıları oxuyub. Bakı ilə bağlı fikirlərini qonaqlarla bölüşən türkiyəli ifaçı şəhəri çox bəyəndiyini bildirib. O, bundan sonra da paytaxtımıza tez-tez gələcəyini vurğulayıb:

“Təşkilatçıdan özüm dəfələrlə xahiş etdim ki, məni Bakıya gətirsin. Nəhayət, buradakı sevənlərimlə görüşə bildim. Buralara heyran qaldım”.

M.Dalkılıç sonda A.Əlizadəni yenidən səhnəyə dəvət edib. Onlar “Daşlı qala” mahnısını duet şəklində səsləndirib.

Murad Ayselin ünvanına təriflər yağdıraraq, onun qarşısında baş əyib:

“Fəxr edin ki, Azərbaycanın Aysel kimi gözəl sənətçisi var”.

Konserti izləməyə gələnlər arasında aparıcı Afaq Gəncəli, Nərgiz Vahabqızı, Sərxan Kərəmoğlu, qardaş ölkədə yaşayan model Günay Musayeva da yer alıb.