Murad evlənməmək üçün Aslıdan ayrılıb

murad-evlenmemek-ucun-aslidan-ayrilib
Oxunma sayı: 2898

Üç ilə yaxındır ki, sevgili olan Murad Boz və Aslı Enverin ayrılma səbəbi məlum olub.  “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, 2017-ci ildə küsən və ailə üzvlərinin köməyi ilə yenidən barışan cütlük barədə maraqlı məqam ortaya çıxıb. 

Aslı Muradla yenidən münasibətə başlamaq üçün müğənniyə şərt qoyub.  Həmin şərtə görə, Muradla Aslı barışıqdan bir müddət sonra nikah bağlayacaq. Əvvəlcə Murad bu təklifə “hə” cavab versə də, daha sonra ifaçı sevgilisini yarı yolda qoyub. 

O, “Mən evlilik adamı deyiləm. Aslı ilə vaxt keçirmək istəmədim, ayrıldım” deyə dostlarına deyib.