Murad Köhnəqala azadlığa buraxıldı - Və 3 gün vaxt verildi

murad-kohneqala-azadliga-buraxildi
Oxunma sayı: 2658

Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şairin yaxınları sosial şəbəkədə məlumat veriblər. 12 min manat məbləğində alimenti ödəmək üçün Köhnəqalaya 3 gün möhlət verilib.

Xatırladaq ki, Tovuz Rayon Məhkəməsi yunun 12-də Murad Köhnəqalaya 15 sutka müddətində inzibati həbs verib. Buna səbəb isə onun keçmiş ailəsinə 12 min manat aliment borcunun olmasıdır.