Muradın evlilik təklifini qəbul etmədi

muradin-evlilik-teklifini-qebul-etmedi
Oxunma sayı: 3238

Türkiyənin tanınmış aktrisası Hande Erçel müğənni sevgilisi Murad Dalkılıçın evlilik təklifini qəbul etməyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə TV 8-də yayımlanan “Gel konuşalım” proqramında məlumat verilib. 

İddia olunur ki,  Hande karyerasını daha da inkişaf etdirmək üçün təklifə “yox” cavabını verib. 

Xatırladaq ki, M. Dalkılıç iki il evli qaldığı aktrisa Merve Boluğurdan bir il əvvəl boşanıb.  O, bir neçə ay sonra Hande Erçellə sevgili olmağa başlayıb.