Muradla Aslını o ayırıb?

muradla-aslini-o-ayirib
Oxunma sayı: 2395

Aslı Enver və Murad Bozun ayrılmağı barədə yeni bir iddia ortaya atılıb. “Qafqazinfo” xəbər verir ki, cütlüyün münasibətlərinə son qoyma səbəbi Muradın Amerikada keçmiş sevgilisi Eliz Sakuçoğlu ilə görüşməsi olub. 

E. Sakuçoğlu bir neçə gündür ki, mətbuatda dərc edilən məlumatları instaqramda təkzib edib. O, məsələ ilə bağlı polisə müraciət edəcəyini açıqlayıb:

“Yazılan rəyləri heyrətlə izləyirəm və kədərlənirəm. Bir çox ssenaridən sonra indi də məni ayıran biri kimi qələmə verirlər. Murad Bozla Amerikada görüşməyim, Türkiyədə gizli danışmağım barədə yazılanlar yalandır. Səhv məlumat verirsiz, eyni zamanda insanların yaşadıqları münasibətə hörmət etmirsiz. Bu böhtanları yayanlar, yayımlayanlar haqqında hüquq-mühafizə orqanlarına müraciət edəcəm”.