Muradla Dilarə klipə çəkildi - “Yalnız səni gözlədim”

muradla-dilare-klipe-cekildi
Oxunma sayı: 2594

Müğənni-bəstəkar Murad Arif Dilarə Kazımova ilə duet şəklində oxuduğu "Yalnız səni gözlədim" adlı mahnısını və klipini təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, bəstənin sözləri və musiqisi M. Arifin özünə məxsusdur. 

Yeni işindən söz açan Murad ekran işində sevgililər arasında yaşanan problemlərin əks olunduğunu bildirib:

"Klipin süjet xətti bəsitdir. Sevdiyinə zəng edib cavab ala bilməyən, bəzən də sevdiyinin zənglərinə cavab verməyən 2 darıxan insanı əks etdirdik. Bir sözlə, zaman-zaman hər birinizin başına gələn adi halları təsvir etmək istədik. Dünya şou-biznesində ikili ekranda sujet göstərən kliplər çoxdur. Məsələn, məşhur "We dont talk anymore" klipi də bu üslubdadır. Biz də eyni üslubda çəkiliş etdik.
 
Bu işimizi 14 Fevral - Sevgililər gününə həsr edirik. Klipimizin sonunda hər kəs öz "gözlədiyinə" qovuşur. Hər kəsə "Gözləmək" bacarığı və "Qovuşmaq" sevinci arzulayıram".