Muradla Hande Acunun gəmisində - Foto

muradla-hande-acunun-gemisinde
Oxunma sayı: 1776

“TV 8” telekanalının sahibi Acun Ilıcalı İzmirin Çeşmə qəsəbəsində istirahətə yollanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qonaqlarını gəmisində qəbul edən aparıcının instaqramda paylaşdığı fotodakı məşhur simalar diqqəti cəlb edib. Belə ki, onların arasında müğənni Murat Dalkılıçla sevgilisi, aktrisa Hande Erçel, “Survivor”ın keçmiş yarışmaçıları Damla və Murad, eləcə də eks-basketbolçu İbrahim Kutluay olub.