Murat Bakıya gəldi

murat-bakiya-geldi-
Oxunma sayı: 1275

Anspress-in xəbərinə görə, Gecə saat 01:20-də Heydər Əliyev hava limanına çatan müğənni saat 04:20-də aeroportu tərk edib.

Murat Boz bu gün və sabah saat 19:00-da Bakıda Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. Müğənni qonşu ölkənin ən sevilən və tələbatlı ulduzlarından biridirir. 1980-ci ildə anadan olan Murad Türkiyənin ən məşhur simaları, Hande yener, Nilufər və Tarkan ilə birlikdə vokalist olaraq işləyib. 6 il ardıcıl meqastar Tarkanın vakalisti olan Muratı hətta Tarkanın davamçısı belə adlandırırlar.

2007-ci ildə Maksimum adlı ilk albomunu təqdim edən müğənni 2007, 2009,2010, 2012 illərdə bir sıra mükafatlara layiq görülməklə Türkiyənin ən yaxşı kişi ifaçısı mükafatına da layiq görülüb.