Mursi səhər saatlarında dəfn olunub

Mursi səhər saatlarında dəfn olunub
Oxunma sayı: 815

Misirin sabiq prezidenti  Məhəmməd Mursi Qahirədə dəfn olunub.

“Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Mursinin oğlu Əhməd feysbuk hesabında məlumat verib.

O, iyunun 17-də dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında vəfat edən 67 yaşlı atasını Tora həbsxanasının xəstəxanasında yuduqlarını, daha sonra səhər saatlarında “Müsəlman qardaşlar” təşkilatının yüksək vəzifəli şəxsləri ilə birlikdə onu basdırdıqlarını bildirib. 

Ahentlik yazır ki, Misir hökuməti Mursinin bədəninin Misirin şimalında yerləşən Şarkiya vilayətində krenimasiya olunmağını qadağan edib.

Xatırladaq ki, M. Mursi 2012-2013-cü illərdə prezident olub. O, kütləvi etiraz aksiyalarından sonra 2013-cü ildə vəzifəsindən kənarlaşdırılıb. Növbəti gün həbs edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi