Murtuza Nağıyevin 110 illik yubileyi keçiriləcək

murtuza-nagiyevin-110-illik-yubileyi-kecirilecek
Oxunma sayı: 1221

Prezident İlham Əliyev akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir ki, 2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyasına Murtuza Nağıyevin 110 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.