Musa Əliyevin 110 illiyi qeyd olunacaq

musa-eliyevin-110-illiyi-qeyd-olunacaq
Oxunma sayı: 1331

Prezident İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
 
Qeyd edək ki, Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş M. Əliyev, eyni zamanda, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərib, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə edib.