Musa Sədrin meyiti tapıldı

musa-sedrin-meyiti-tapildi-
Oxunma sayı: 645

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Liviya Milli Keçid Şurasının (MKŞ) sədri Mustafa Əbdülcəlil 1978-ci ildə Liviyaya gəldikdən sonra sabiq diktator Müəmmər Qəzzafi tərəfindən öldürüldüyü güman edilən Livanın “Əməl” hərəkatının keçmiş sədri İmam Musa Sədrin meyitinin də olduğunu düşündükləri kütləvi məzarlıq aşkar edildiyini deyib.

MKŞ sədri İmam Sədrin meyitinin paytaxt Tripolidə aşkar edilən kütləvi məzarlıqda tapıldığına dair demək olar ki, konkret nəticələr əldə etdiklərini bildirib. Fransa telekanallarından birinə açıqlama verən Əbdülcəlil sözügedən kütləvi məzarlığın Tripolinin Qəzzafi qüvvələrindən azad edildiyi vaxt aşkar edildiyini qeyd edib.

Həmçinin, o, İmam Sədrin öldürülməsi məsələsinin təhqiq edilməsi məsələsini bir prokurora tapşırdıqlarını, məzarlıqda tapılan meyitlərdən birinin İmam Sədrə aid olduğuna dair dəlil-sübut olduğunu deyərək, meyitin Livandan gözlənilən rəsmi şəxsin müşayiəti ilə çıxarılacağını vurğulayıb.