Musa Tukanov özünü təqsirli bilmir

musa-tukanov-ozunu-teqsirli-bilmir
Oxunma sayı: 1993

Bakı Ağır Cinayətlər Məhkəməsində qeydiyyatsız fəaliyyət göstərən Vahid Kommunist Partiyasının sədri Musa Tukanovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə M.Tukanov dövlət ittihamçısının elan etdiyi ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. 

M.Tukanov rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. O, həm də "Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini olub. Hazırda həbsdədir.

Murad Əhməd