Musa Yaqubun vəziyyəti necədir?

musa-yaqubun-veziyyeti-necedir
Oxunma sayı: 1914

“Musa müəllimin səhhəti əvvəlki aylara baxanda normaldır. Səhhətində bir qədər yaxşılığa doğru irəliləyiş var. Amma danışığı tam bərpa olunmayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.

“Bildiyiniz kimi, atam parkinson xəstəliyindən əziyyət çəkir. Elə gün olur ki, əhvalı çox yaxşı olur. Bəzən isə əksinə. Vaxtaşırı dərmanlarını qəbul edir. Hazırda İsmayıllıda-Buynuz kəndindədir”, - deyə Şəhriyar Yaqubov əlavə edib.

Tanınmış şairin oğlu bildirib ki, atasını ziyarətə gələnlər çox olur.

Qeyd edək ki, 81 yaşlı şair xeyli müddətdir xəstə yatır.