Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə memarlıq sənətinin XII əsrdə yaşayıb yaratmış Memar Əcəmidən başlayaraq indiyədək böyük inkişaf yolu keçdiyini, paytaxtla yanaşı, bölgələrdə
Sonra beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqənin nəticələrini açıqlayıblar. Müxtəlif nominasiyalar üzər Elizabet Abalo Diaz və Qonzalo Alonso Nunez (İspaniya), Camilo Rodiques Rebelo və Susana Aleksandra Martins (Portuqaliya), Nərgiz Ağayeva, Rizvan Bayramov, Maqsud Məmmədov, Cahid Əlizadə, Şeyda Novruzzadə (Azərbaycan), Eleni Moskovakou (Yunanıstan), Lustin Popesku (Rumıniya) və digərləri birinci yeri tutublar.
Məlumat verilib ki, müsabiqəyə 8 nominasiya üzrə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Bu müsabiqədə Azərbaycanı 53 memar təmsil edib. Memarlarımız, ümumilikdə, 9 mükafat əldə ediblər. Birinci yerin sahibinə 4000, ikinci yerə 2500, üçüncü yerə 1500 manat pul mükafatı verilib. Qaliblərə kubok da təqdim olunub.