Müsahibəyə qatılmayan namizədlərə DİM-dən xəbərdarlıq

musahibeye-qatilmayan-namizedlere-dim-den-xeberdarliq
Oxunma sayı: 1110

Dünən dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi baş tutub.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil edilib. Gün ərzində keçirilməsi nəzərdə tutulan 28 müsahibədən 19-u keçirilib, 9 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb.

Müsahibədə iştirak etmiş namizədlərdən 12-i iddia etdiyi vəzifəyə uyğun hesab olunub. Mərkəz imtahanlarda iştirak etməyən şəxslərə xəbərdarlıq edir ki, müsahibələrin təşkili və keçirilməsi üçün kifayət qədər vəsait və resurslar sərf olunur.

Odur ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini ləğv etməlidirlər.