Müşahidə missiyası geri dönür

musahide-missiyasi-geri-donur
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Reuters” agentliyi yayıb.

Agentlik xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Pan Ki Mun müşahidəçilərin Suriyaya geri dönəcəklərini bəyan edib.

Ərəb Ölkələri Liqasının müşahidəçiləri Suriyanı yanvarın sonlarında tərk ediblər.

BMT Baş katibinin sözlərinə görə, Ərəb Ölkələri Liqasının rəhbəri Nabil əl-Ərəbi ilə telefn danışıqlarında Suriyadakı vəziyyət müzakirə ediblər. “Əl-Ərəbi müşahidə missiyasının Suriyaya dönəcəyini bildirdi. Bunun üçün o, BMT-yə yardm üçün müraciət edib”, -deyə Baş katib bildirib.