Müşahidə Şurasının yeni tərkibdə ilk iclası - Əli Həsənov da qatıldı

Müşahidə Şurasının yeni tərkibdə ilk iclası
Oxunma sayı: 1703

Aprelin 21-də Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bütün üzvlərin iştirak etdikləri iclasda təşkilati məsələlərə baxılıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçiliblər.

İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibətilə təbrik edib. Əli Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini verib.

Daha sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılıb. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi