Müsavat başqanı Rəsulzadənin məzarını ziyarət etdi

musavat-basqani-resulzadenin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 638

“Yeni Müsavat”ın məlumatına görə, İsa Qəmbər yanvarın 29-da Böyük Birlik Partiyasının qurultayında çıxış edib. O, Fransa Senatının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul eməsinə toxunub. Müsavat başqanı deyib ki, bu məsələdə Azərbaycan xalqı türk xalqının yanındadır, Azərbaycan hakimiyyəti də Türkiyə dövlətinin yanında olmalıdır.

İsa Qəmbər Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu məsələ ilə bağlı iclas keçirməsinin, birgə qərarlar qəbul edib icraya yönəltməsinin zəruri olduğunu vurğulayıb.