Müsavat bəyanat verdi

musavat-beyanat-verdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bu gün yayılan bəyanatda deyilir: “Hadisə barədə müxtəlif versiyalar səsləndirilir və bunların heç biri istisna edilməməlidir. Lakin istənilən halda hadisənin əsas məsuliyyəti hakimiyyətin və hüquq-mühafizə orqanlarının üzərinə düşür. Uzun illərdir ki, guya ölkədə sabitlik yaratdıqlarını, kriminogen durumu nəzarətdə saxladıqlarını müxtəlif səviyyələrdə bəyan edən hakimiyyət yetkililəri əslində ölkədə gündən-günə çoxalan hay-küylü və sifarişli cinayət hadisələri haqda danışmamağı üstün tuturlar”.

Partiya hesab edir ki, Rafiq Tağıya qarşı edilən bu hücum çox böyük ehtimalla onun yazıları, düşüncəsi və mövqeyi ilə bağlıdır: “Hələ bir neçə il əvvəl onu bir qəzet məqaləsinə görə həbs edərək xeyli vaxt həbsxanada saxladılar. Bütün bunlar güman etməyə əsas verir ki, yazıçı-publisistə qarşı edilən bu sui-qəsd cəhdi də onun dünyagörüşü və fikirləri ilə bağlıdır”.

Partiya insanları dünyagörüşlərinə və fikirlərinə görə təqib etməyi, qorxutmağı yolverilməz hesab edir və bunu qətiyyətlə pisləyir: “Partiya habelə hakimiyyətdən qəti şəkildə tələb edir ki, bu sui-qəsd cəhdinin iştirakçıları və təşkilatçıları tezliklə tapılmalı və öz layiqli cəzalarını almalıdırlar”.


Fatimə Kərimli