Müsavat Ərəb Liqasının qərarını təqdir etdi

musavat-ereb-liqasinin-qerarini-teqdir-etdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, öncə qərarların icrası və görülən işlərə baxılıb. Toplantıda qurultaya hazırlığın gedişatı ilə bağlı müzakirələr aparılıb, görüləcək işlərlə bağlı konkret qərarlar qəbul edilib və tapşırıqlar verilib. Divanda Rafiq Əliyevin ADNA-da kafedra müdiri vəzifəsindən çıxarılması məsələsi də müzakirə mövzusu olub, fikir mübadiləsi aparılıb.

Divanın keçirildiyi saatlarda gələn məlumata görə “Aktyorlar evi”ndə “Din və cəmiyyət mediada” mövzusunda İslam Partiyasının keçirilən tədbirin dayandırılması müzakirə edilib və pislənilib.

Sonda Suriyanın Ərəb Ölkələri Liqasından xaric edilməsi haqda fikir mübadiləsi aparılıb. Ərəb Ölkələri Liqasının tutduğu mövqe təqdir edilib. Bu qərarın ərəb dünyasında baş verən demokratik dəyişikliklər prosesinin tərkib hissəsi olduğu qeyd edilib.


Fatimə Kərimli