Müsavat qiymət artımını pislədi

musavat-qiymet-artimini-pisledi
Oxunma sayı: 636

Sonra ölkədəki ictimai-siyasi məsələlər müzakirə edilib. Bakı Apellyasiya məhkəməsində 2 aprel mitinqində həbs olunan – Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, eləcə də Fuad Qəhrəmanlının apellyasiya şikayətinə baxılarkən yol verilmiş hüquq pozuntuları ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, Apellyasiya məhkəməsi də faktiki olaraq hakimiyyətin siyasi sifarişini yerinə yetirmək xətti tutub. Divan bu məsələyə qəti etirazını bildirib və sözü gedən şəxslərin və bütün vicdan məhbuslarının dərhal azadlığa buraxılmasını tələb edib.

Daha sonra yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı mövcud versiyalar ətrafında fikir mübadiləsi aparılıb. Divan bir daha qeyd edib ki, əslində Rafiq Tağıya qarşı törədilən bu qətl hadisəsinin əsas məsuliyyəti vətəndaşlarının təhlükəsizliyini təmin etmək iqtidarında olmayan Azərbaycan hakimiyyətinin üzərindədir. O da qeyd olunub ki, Rafiq Tağını bıçaqlayan şəxsin indiyədək tapılmaması, xəstəxanada onun mühafizəsinə zəruri diqqət göstərilməməsi, bu məsələyə münasibətdə hakimiyyətin davranışları ilə bağlı şübhələri gündən-günə artırır.

Sonra ölkədəki sosial-iqtisadi durumun günbəgün ağırlaşdığı bir vəziyyətdə qiymətlərin durmadan bahalaşması müzakirə mövzusu olub. Dekabrın 1-dən metroda gedişhaqqının 20 qəpiyə qaldırılması qətiyyətlə pislənilib və qeyd edilib ki, bu, əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin, tələbə və gənclərin vəziyyətini daha da pisləşdirəcək. Divan bütün bunları hökumətin yarıtmaz iqtisadi siyasətinin nəticəsi kimi qiymətləndirib.


Fatimə Kərimli