Müsavat Saakaşviliyə müraciət hazırlayıb

musavat-saakasviliye-muraciet-hazirlayib
Oxunma sayı: 633

Başqan müavini bildirib ki, qurultayın keçirilməsi məsələsi Divanın 11 iyun toplantısında da müzakirə olunub: “Qurultayın təxirə salınması müzakirə olunmur. Belə bir məsələ gündəmdə yoxdur. Biz var gücümüzü qurultayın keçirilməsinə yönəltmişik. Qurultaya yer ayrılması üçün Gürcüstan rəhbərliyinə göndəriləcək müraciət hazırdır və təşkilat komitəsində son dəfə müzakirə olunduqdan sonra göndəriləcək.

Müraciətdə Müsavat Partiyasının tarixi, Azərbaycandakı durum haqda məlumat verilir. Eyni zamanda Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan parlamentindəki çıxışından sitatlar gətirilir. Təəssüflə qeyd olunur ki, Azərbaycan dövlətinin qurucusu olan Müsavat Partiyasına Azərbaycanda qurultay keçirmək üçün heç bir şərait yaradılmır. Gürcüstan rəhbərliyindən Müsavatın qurultayının Tiflisdə keçirilməsinə şərait yaratmaq xahiş olunur”.

Qurultaya yer ayrılması üçün Müsavatın yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsinin mümkünlüyünə gəlincə, Tofiq Yaqublu bunu istisna edib: “Dəfələrlə müraciət etdik. Əmin olduq ki, Müsavata normal yer ayrılması siyasi iradə ilə bağlı məsələdir. Hakimiyyətə rəhbərlik edən şəxs Müsavatın qurultay keçirməsinə şərait yaradılmaması haqda göstəriş verib”.