Müsavat seçki qərarını - Açıqladı

musavat-secki-qerarini
Oxunma sayı: 7499

Müsavat Partiyası prezident seçkilərində iştirak etməyəcək. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Modern.az saytına açıqlama verib.
 
“Bu gün Müsavat Partiyasının növbədənkənar məclisində seçkilər müzakirə edilib. Seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsi kimi arqumentlər əsas gətirilərək seçki prosesində iştirak etməməyə qərar verdik

A. Hacılı bildirib ki, qərar məclis üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilib.

“6 nəfər qərarın əleyhinə, 6-sı isə lehinə səs verdi. Nəticə olaraq Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək”.