Müsavatçı həbs edildi

musavatci-hebs-edildi
Oxunma sayı: 646


S.Abbasovun sözlərinə görə, Göyçayda İctimai Palatanın konfransını və 18 oktyabr Müstəqillik Günü ilə bağlı tədbiri keçirməyə hazırlıq gedirmiş: “Bu gün də Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdik. Polis bu işləri pozmaq üçün 55 yaşlı Neyman Əsgərovu saxlayıb və onu ictimai yerdə söyüş söyməkdə ittiham ediblər”. S.Abbasov bütün iddiaların absurd olduğunu bildirdi
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında, “Mən Göyçayın polis şöbəsinin rəisi ilə danışdım. Bildirdi ki, həmin şəxs polisə müqavimət adı altında saxlanılıb. Sənədləri rəsmiləşdirilib və məhkəməyə göndəriləcək. Sadəcə bu şəxs asayişi pozub və bu zaman polisə müqavimət göstərib” deyib.
Yenidən Göyçayla əlaqə saxladıqda S.Abbaslı polisə müqavimətlə bağlı rəsmi mövqeni qəti təkzib etdi: “Neyman dayı küçədə dayanıb siqaret çəkəndə polislər yaxınlaşdı və “sizi bir dəqiqə olarmı” deyib şöbəyə dəvət etdilər. O da polislərlə bərabər getdi. Burda əsas məqsəd bizim konfransı və 18 oktyabr bayram tədbirini pozmaqdır. Üç gün əvvəl də polis rəisinin tapşırığı ilə Neyman Əsgərov şöbəyə gətirilib və ona hədə-qorxu gəlinib”.
S.Abbasov dedi ki, N.Əsgərov hələlik şöbədədir və onunla bağlı protokol tərtib olunur. (musavat.com)