Müsavatçılar İsveçdə toplaşıb - Fotolar

musavatcilar-isvecde-toplasib-fotolar
Oxunma sayı: 904

İsveçin Gothenburg şəhərində fəaliyyət göstərən bir necə dərnəklərin cəmləşdiyi ”Azərbaycan Evi” nin təşkilatcılığı ilə keçirilən tədbirə Azərbaycandan Müsavat başqanının müavini Gülağa Aslanlı, tarixçi alim Nəsib Nəsibli, hazırda Finlandiyada yaşayan Azərbaycan Milli Azadlıq Təşkilatının (AMAT) sözçüsü Çingiz Göytürk, İsveçin hakimiyyətdə olan Moderat partiyasınından olan millət vəkili Cecilia Magnusson da qonaq qismində qatılıb. O cümlədən tədbridə İsveçin ayrı-ayrıi şehərlərində mühacir həyatı yaşayan güneyli, quzeyli soydaşlarımız da iştirak edib. Onların arasında Arif Rəhimoğlu, Səid Sədagət, Mahmud Bilgin, Eldar Qaradağlı, Əli Ağayev, Aydın Manquliyev, Şahnaz Mətlebqızı və başqaları da iştirak edib. Tədbiri Müsavat Partiyasının keçmiş fəallarından olan Firudin Ələsgərov aparıb.

Azərbaycan himninin sədaları altında başlanan tədbirdə milli öndər Məmməd Əmin Rəsulzadənin səsi yazılmış lent yazısı, o cümələdən Azərbaycan Respublikasının keçmiş prezidenti, milli azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin Rəsulzadəylə bağlı çıxışının lent yazısı dinlənilib.