Müsavatda Qəddafi müzakirələri

musavatda-qeddafi-muzakireleri
Oxunma sayı: 641

Gündəliyin partiyadaxili məsələ bölümündə rayon təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat verilib. Onların nəticələri barədə fikir mübadiləsi aparılıb. Növbəti həftə ərzində keçirilməsi planlaşdırılmış hesabat-seçki konfranslarının tarixləri açıqlanıb.
Toplantıda Liviya diktatoru Müəmmar Qəddafinin ölümünə münasibət bildirirlib. Onun ölümü antidemokratik rejim başçılarına bir çağırış olduğu qeyd edilib.

“Xural” qəzetinin əmlakının müsadirə edilməsi və “Yeni Müsavat” qəzetinin məhkəməyə verilməsi faktı da müzakirə edilib. Müsavat Partiyası bunu iqtidarın azad sözə və mediaya təzyiqlərinin davamı kimi dəyərləndirib. Bu təzyiqlərə son qoyulması və “Xural” qəzetinə nəşr olunmaq üçün imkan yaradılması tələb edilib.