Müsavatdan da bəyanat gəldi

musavatdan-da-beyanat-geldi
Oxunma sayı: 657

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bəyanatda Vəkillər Kollegiyasının qərarı ilə Xalid Bağırovun vəlkillik fəaliyyətinin bir illik dayandırılması, eləcə də bundan əvvəl Osman Kazımovun Kollegiya üzvlüyündən xaric edilməsi Azərbaycan hakimiyyətinin ölkədə müstəqil düşünən, qanunu və öz müştərilərinin maraqlarını qoruyan vəkillərə qarşı təqibi kimi qiymətləndirilir.

Həmçinin qeyd olunur ki, Müsavat Partiyası Kollegiyanın bu hərəkətini ölkədə vəkillik institutunun birdəfəlik ləğv edilməsi, onsuz da mövcud olmayan məhkəmə sisteminin bir hakimiyyət qolu kimi tamamilə sıradan çıxarılmasına yönəlmiş siyasəti kimi qiymətləndirir və qətiyyətlə pisləyir: “Biz vəkil Xalid Bağırovun pozulmuş hüquqlarının bərpa edilməsi və onun haqqında çıxarılmış saxta qərarın dərhal ləğv edilməsini tələb edirik”.

Fatimə Kərimli