Müsavatdan Ramazan təbriki gəldi

musavatdan-ramazan-tebriki-geldi
Oxunma sayı: 643

Gündəliyin partiyadaxili məsələ bölümündə Sumqayıt Şəhər Təşkilatının qərargahı ilə bağlı müzakirə aparılıb. Qeyd edilib ki, qərargah tam əsassız və qanunsuz olaraq təşkilatın əlindən alınıb. Onun qaytarılması üçün indiyədək aparılmış danışıqlar heç bir nəticə verməyib. Divan bu məsələnin hüquqi müstəvidə həll edilməsi haqda qərara gəlib və məhkəməyə müraciətin hazırlanması üçün müvafiq tapşırıq verib.
Daha sonra İctimai Palatanın 02 apreldə keçirdiyi dinc etiraz aksiyasında və o ərəfədə həbs edilmiş müxalifətçilərə qarşı başlanmış məhkəmə prosesi haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, siyasi və vicdan məhbusları əsasən 3 qrupa bölünüb. Onlardan 2-nin məhkəməsi artıq başlayıb və Arif Hacılının da daxil olduğu qrupun məhkəməsi avqustun 12-nə təyin olunub.

Divan müxalifət fəallarına qarşı qaldırılmış bu cinayət işinin tamamilə absurd, qondarma və qanunsuz olduğunu bir daha vurğulayıb və hakimiyyətdən bu hüquqi nihilizmə son qoymağı tələb edib. Eyni zamanda ölkə mediasından və cəmiyyətdən məhkəmə prosesinə daha çox diqqət yetirmələri xahiş olunub.

Binəqədi məhkəməsinin Divan üzvü Osman Kazımın vəkillik fəaliyyətindən kənarlaşdırılması haqda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının qərarını ləğv etməsi müsbət dəyərləndirilib. Məhkəmə qərarından sonra Vəkillər Kollegiyasının Osman Kazıma töhmət elan edərək, iş yerinin dəyişdirilməsi haqda qərar verməsi qınanılıb. Qeyd edilib ki, bu, Vəkillər Kollegiyasının Osman Kazıma qarşı qərəzli münasibətinin təzahürüdür və hər necə olursa onun cəzalandırılmasına çalışdığını göstərir. Divan Vəkillər Kollegiyasını Osman Kazım haqqında növbəti qanunsuz qərarını ləğv etməyə çağırıb.

Gündəliyin ictimai-siyasi bölümündə əsas müzakirə olunan məsələ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri kontekstində Türkiyə-Azərbaycan münasibətləri olub. Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan iqtidarının apardığı səhv siyasət ucbatından bu iki qardaş və təbii müttəfiq ölkə arasındakı münasibətlərdə bir sıra problemlər yaranıb və onlar həll edilmək əvəzinə daha da dərinləşir. Türkiyə vətəndaşlarına qarşı viza rejiminin tətbiq edilməsi və PKK-nın terrorçu təşkilat kimi tanınmaması xüsusi vurğulanıb. Qeyd edilib ki, jurnalistin sualı qarşısında ölkə başçısının PKK-nın terrorçu təşkilat olmasını deməsi heç də məsələnin həlli sayıla bilməz. Xatırladılıb ki, ötən çağırışda Müsavat Deputat Qrupu PKK-nın terrorçu təşkilat kimi tanınması haqda qanun layihəsi təqdim etsə də, Milli Məclis bu məsələni müzakirə etməyib. Divan hesab edir ki, PKK rəsmi qaydada terrorçu təşkilat elan edilməlidir, onun Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır və ümumiyyətlə ona qarşı mübarizədə qardaş Türkiyəyə ciddi dəstək verilməlidir.

Divanın toplantısından sonra partiyanın VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda rayon təşkilatlarında konfransların keçirilməsinin vəziyyəti müzakirə edilib, işlərin qrafikə uyğun getməsi üçün konkret qərarlar qəbul edilib. Partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər haqqında daxil olmuş təkliflər müzakirə edilib və layihə halına gətirilib. Qərara alınıb ki, qalan müddət ərzində daxil olan təkliflər də müzakirə edilməli və layihədə əks olunmalıdır.

Sonda cari məsələlərə baxılıb.

musavat.com