Müsavatın qurultay müəmması

musavatin-qurultay-muemmasi
Oxunma sayı: 641

Bunu “Media forum” saytına partiya başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, səbəb martın 3-4-də Bakının Əl Oyunları Sarayında qurultay keçirmək istəyən Müsavat Partiyasına paytaxt meriyasının mənfi cavab verməsidir. “Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubu əlimizdədir. Qeyd olunur ki, Əl Oyunları Sarayında ilin sonuna yarışların keçirilməsi planlaşdırılıb, həm də həmin yer “Avroviziya 2012” mahnı müsabiqəsi koordinasiya şurasının gündəlik fəaliyyəti üçün ayrılıb. Buna görə də həmin yerdə qurultay keçirilməsi mümkün deyil. Təbii ki, biz bu cür cavabı əsaslı saymırıq. Bu məsələ Divanın fevralın 20-də keçiriləcək toplantısında və qurultaya hazırlıq üzrə təşkilat komitəsində müzakirə olunacaq. Bundan sonra hansı addımların atılması bildiriləcək. Təəssüf ki, meriya cavab məktubunda alternativ yer göstərməyib. Bizə gələn məktubda qeyd olunur ki, Bakıda olan zallar onların tabeliyində deyil. Amma bilirik ki, istədiyimiz yer Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır" -deyə, G.Aslanlı bildirib.

Müsavat başqanının müavini qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət olunacaq. Ola bilsin, qurultay bir ay geciksin. Amma bu, qurultayın tam təxirə salınması anlamına gəlməməlidir. Qurultayı mütləq keçirəcəyik”.

Müsavat Partiyasının planlaşdırılan qurultayında quruma yeni başqan seçilməlidir. Başqanlığa əsas iddialılardan biri başqan müavini, məhbus Arif Hacılıdır. Arif Hacılı İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiyaya görə tutulub və 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.