Müsəlman dindarlar Saakaşviliyə müraciət etdilər

muselman-dindarlar-saakasviliye-muraciet-etdiler
Oxunma sayı: 798

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir: “Gürcüstan Müsəlmanları Ruhani Şurası” və digər din xadimləri Sizin ,vətəndaşların bərabər hüquqluğuna və onların dini-milli varlıqlarının müdafiyəsinə yönəlilmiş istiqməti dəstəkləyir. Sizin müsəlmanlara , onların dininə və hüquqlarına nəzər saldığınız son çıxışıniz bizim çox xoşumuza gəldi.

Biz ölkəmizin Avropa Birliyinə inteqrasiyasıya ideyasını dəstəkləyirik və qiymətləndiririk, bunu biz Prezident, Parlament və yerli seçkilərdə aktiv iştirakımızıla təsdiq edirik.

Bildirmək istəyirik ki, son zamalnlar “Gürcüstan Müsəlmanları İdarəsi” yaranması barədə söhbətlər gedir və bu bizi çox sevindirdi. Ancaq nizamnaməsindəkı səhvlər , reallıqdan uzaq olan bəndlər, və nəticədə bizim təkliflərə qarşı diqqətsizlik, bizim sevincimizə son qoydu. Təşkilat rəhbərliyinə reqionun nüfuzlu şəxslərin daxil olması, təşkilat rəhbərliyinə kənar şəxslərin qismən daxil olması, butun demokratik normalara zidd, özbaşına seçki keçirmək, bizim yuxarıda adı çəkilən təşkilata qarşı ümid və inamımızı məhv etdi.

Hesab edirik ki, bu yolla müsəlman təşkilatının yaradılması, məsələlərin həlli əvəzinə yalnız daha çox problemlər yaradacaq.

Səmimiyətinizə inanırıq və ümid edirik ki , Siz bu problemi aradan qaldıracaqsız və həmişəki kimi bizi ədalətə, inamla sevindirəcəksiz.

Biz bir daha ölkəmizi və onun Prezidentini dəstəkləməyə davam edirik, və Uca Allahdan istəyirik ki, öz mərhəmətini günəşli Gürcüstanın üstündən əskik etməsin, möhkəmliyini sosial-iqtisadi gücünü, millətlər və dinlər arasında qarşılıqlı hörməti və qardaş sevgisini qorusun.

Hörmötlə “Gürcüstan Müsəlmanları Ruhani Şurası ”nin din xadimləri.

1. “Əhli-Beyt” jurnalının redaktoru - İsmayilov Rizvan

2. “Əhli-Beyt” cəmiyətinin sədri - Məmmədov Rasim

3. Dəmiyə Görarxı məscidinin axundu - Mirhüseyin Əsədov

4. “İman” qazetinin redaktoru - Ramin İgidov

5. “Əhli-Beyt” hikməti cəmiyətinin sədri - Hüseynov Namiq

6. Daştəpə məsçidinin axundu- Eldəniz Sadıxov

7. İmir Həsən məscidinin axundu - Orxan Abbasov

8. Təzəkənd və Əzizkənd məscidinin axundu - Elçin Daşdanov

9. Marneuli rayonunun mollası - Mirfaiq Hadızadə

10. Məsciddə müəllim - Kamil Muradov

11. Axund- Elçin Məmmədov

12. Dmanisi rayonunun axundu - Namiq Bayramov

13. Axlımahmudlu kəndinin axundu - Fariz Hüseynov

14. Ağammədli kəndinin axundu - Çingiz Əliyev

15. Baydar kəndinin axundu- Qədir Piriyev

16. Saral kəndinin axundu - Rəşad Əliyev

17. Qaçağan kəndinin axunu -Yaqub Seyyidov

18. Zveli - Kveşi kəndinin axundu- İsrət Əhmədov

19. Tsurtavi axundu- Məhəmmədəd Hüseynov

20. Axund Vuqar Fatiiyev

21. Təzəkənd kəndinin müəllimi - Çingiz Süleymanov

22. Akaurta kəndinin axundu - Cəfərov Sabin

23. Arakel kəndinin axundu - Sahib Rəsulov

24. Arakel kəndinin axundu - Elmin Bayramov

25. Qızılhaclı axundu- Anar Nurməmməov

26. Təhməz Talıbov- ruhani

27. Marneuli rayonu axundu- Hacı Hacıyev

28. Candar kəndinin axundu - Nəsimi Mansurov

29. Baytallı kəndinin axundu- Raqif Əliyev

30. Tacir A. Verdiyev

31. Axund- Məhmud Əhmədov

32. Molla Məhərrəm