Müsəlman ölkələri ortaq telekanal qurur

muselman-olkeleri-ortaq-telekanal-qurur
Oxunma sayı: 653

“Azerimuslims.com” Türkiyənin “Zaman” qəzetinə istinadən bildirir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) quruma üzv dövlətlərin ortaq telekanalı və Müsəlman Jurnalistlər Birliyinin yaradılması işini sürətləndirib.

Qabonun paytaxtı Librevilldə keçirilən İƏT-in İnformasiya nazirlərinin toplantısında qurumun qərb ölkələrində mətbuat büroları açmaqla sözügedən ölkələrdə İslam əleyhdarlığı ilə yerində mübarizə aparmağa hazırlaşdığı vurğulanıb. Toplantıda yaradılacaq yeni telekanalın İƏT-ə üzv olan bütün ölkələrdə peyk vasitəsilə efir həyatına başlaması istiqamətində müzakirələr aparılmasının vacibliyi də qeyd olunub.

İƏT-in mətbuat işlərindən məsul direktoru İsam Şanti müsahibəsində yeni yaradılacaq telekanalın qurumun rəsmi dilləri olan ingilis, ərəb və fransız dillərində efirə çıxacağını deyib.

Habelə Şanti İƏT-in Qərbdə getdikcə artan İslam əleyhdarlığı ilə yerində mübarizə aparmaq məqsədilə ABŞ və Avropa ölkələrində mətbuat büroları açacağını, analoji bürolardan birinin Çində də açılmasının planlaşdırıldığını bildirib.