Müsəlmanlar Malikinin çağırışına əməl etdilər - Video

muselmanlar-malikinin-cagirisina-emel-etdiler-video
Oxunma sayı: 645

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, əhli-təsənnün Vəqfinin rəhbəri Əhməd Abdulqafur əs-Samirayi çıxışı zamanı bildirib ki, bütün müsəlmanların birgə namaz qılmaları İslam düşmənlərinin öz məqsədlərinə çatmasına mane olacaq. O, vəhdətin hər zamandan daha önəmli olduğunu bildirib.

Daha sonra inanclılar qarşısına xütbə söyləyən Əhli-beyt (ə) davamçılarının aparıcı simalarından olan Salih əl-Heydəri də məzhəb qarşıdurmasına imkan verməmək üçün bütün müsəlmanların vəhdətdə olmasının gərəktiyini vurğulayıb.

Qeyd edək ki, ötən həftə bütün məscidlərə hücumlar olub, onlarla insan həyatını itirib. Fitnənin qarşısını almaq üçün baş nazir Nuri əl-Maliki bütün müsəlmanları cümə günü namazlarını birgə qılmağa çağırıb.