Müsəlmanlara qarşı cinayət bitmək bilmir

muselmanlara-qarsi-cinayet-bitmek-bilmir
Oxunma sayı: 790



“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, Myanmanın təhlükəsizlik qüvvələri ölkənin qərbində iki müsəlmanı qətlə yetiriblər.

BMT-nin Qaçqınların işləri üzrə ali komissarlığı bir bəyanatda törədilən hadisəyə işarə edərək qeyd edib: “Myanmanın qərbində Raxin vilayətində Paukta şəhərinin sığındığı qaçqınlar düşərgəsində Myanmanın təhlükəsizlik qüvvələri Ruhinqiya müsəlmanlarından iki nəfəri odlu silahla qətlə yetiriblər”.
Həmçinin hücumda daha 6 nəfər yaralanıb. Myanmanın təhlükəsizlik qüvvələri sözügedən düşərgədə törətdikləri cinayətləri bu məntəqədə qarşıdurmaya son qoymaq ilə əsaslandırıblar.