“Müsəlmanları hədəf alan bu hücum alçaqlıqdır” - Tereza Mey

“Müsəlmanları hədəf alan bu hücum alçaqlıqdır”
Oxunma sayı: 775

İngiltərə baş naziri Tereza Mey Yeni Zelandiyada iki məsciddə 49 nəfərin ölümünə səbəb olan terror aktı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, o, terror hücumunu qınayıb və Yeni Zelandiya xalqına başsağlığı verib:

“İbadətlərini edən müsəlmanları hədəf aln bu hücum alçaqlıqdır. Dualarımız Yeni Zelandiyada xalqı ilə birlikdədir”.

İnsanları terror hərəkətlərini sürükləyən radikal ideologiyalara İngiltərə cəmiyyətində yer olmadığını bildirən Mey sözlərinə əlavə edib ki, hər məsələdə Yeni Zelandiyaya yardım etmək üçün hazırdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi