Müsəlmanların kütləvi qətli

muselmanlarin-kutlevi-qetli
Oxunma sayı: 2233


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki,  buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi olub. Polis artıq 20-dən çox şübhəlini saxlayıb. 

Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib. 

Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır. 

Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.