“Müsəlmanların lideri” seçildi

muselmanlarin-lideri-secildi
Oxunma sayı: 646

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Bosniya-Herseqovina İslam Birliyinin mətbu orqanı olan "Preporod" qəzetinin keçirdiyi sorğu nəticəsində, “İslama və müsəlmanlara etdiyi etdiyi xidmətlərini görə” 2012-ci ilin “müsəlmanların lideri" seçilib.

Məlumatda bildirilir ki, qəzet “ilin hadisəsi” və “ilin adamı”nı təyin etmək üçün anket-sorğu keçirib. Sorğuda təhsil işçiləri, alimlər, qeyri-hökumət təşkilatlarının üzvləri və oxucular iştirak edib.

Qeyd edək ki, Fələstinin 132 ölkənin dəstəyi ilə “üzv olmayan müşahidəçi dövlət" statusu qazanması da ilin hadisəsi seçilib.